AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Çin Xalq Respublikası (ÇXR) Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə səhəddinə - Koreya yarımadası ətrafında gərginliyin artması səbəbilə - əlavə olaraq, 100 min nəfərlik ordu qrupu toplayıb.
«Yomiuri» nəşrinin məlumatına görə, ÇXR silahlı qüvvələrinin döyüş hazırlığı səviyyəsi aprelin ortalarından başlayaraq, qaldırılıb.
Bundan əvvəl xəbər verilmişdi ki, başda «Karl Vinson» aviadaşıyıcısı olmaqla, Koreya yarımadasına doğru ABŞ hərbi-dəniz qüvvələrinin zərbə qrupu hərəkət edir. Yaponiyanın «Asaqara» və «Samidare» raket esmineslərinin ekipajları ilə təlimlər keçirilir, o cümlədən, qarşılıqlı fəaliyyət üsulları məşq edilir.


Şərhlər