Bakı şəhəri, Binəqədi rayonunda itkin düşmüş gəncin intihara cəhd etdiyi məlum olub.
“Report”un xəbərinə görə, aprelin 23-də Şamaxı rayon sakini 1990-cı il təvəllüdlü Ruslan Zərbəliyev S.S.Axundov küçəsi 8 ünvanının qarşısından itkin düşüb.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, R.Zərbəliyev intihar məqsədi ilə özü-özünə bıçaq xəsarəti yetirib və hazırda o, Quba Rayon Mərkəzi Xəstəxanasında yardım alır.
Faktla bağlı araşdırma aparılır.


Şərhlər