Menu

Biznesmenin keçmiş həyat yoldaşının məhkəməsi başlayır - ƏMLAK ÇƏKİŞMƏSİ

27.04.2017, 19:23
Biznesmenin keçmiş həyat yoldaşının məhkəməsi başlayır  - ƏMLAK ÇƏKİŞMƏSİ

Sabah Bakı Ağır Cinayətlər Məhkəməsində biznesmen Barat Abdullayevin keçmiş həyat yoldaşı Təyminə Abdullayevaya qarşı qaldırılmış cinayət işi üzrə proses başlayacaq. Ovqat.com-un məlumatına görə, proses hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçiriləcək.

İttihamnaməyə görə, T.Abdullayeva saxta sənəddən istifadə etməklə özünə məxsus əmlakı başqasına satmış, dələduzluq etmiş və polisə müqavimət göstərmişdir.

Saytın məlumatında bildirilir ki, əslində bu iş Təyminə Abdullayevaya qarşı təşkil edilmiş qərəzli məhkəmə prosesidir. Maraqlıdır ki, işi təşkil edən də bir başqası yox, elə Barat Abdullayevin qardaşı Nazim Abdullayevdir və məqsəd T.Abdullayevanın əmlakını ələ keçirməkdir. Bu iddia ilə çıxış edən mənbə deyir: “Bir insan özünə məxsus əmlakı necə dələduzluq yoluyla mənimsəyə bilər, yaxud şəxsi əmlakının satışı başqalarına nə kimi ziyan vura bilər?"

Bir qadının iki polisə müqavimət göstərməsini isə mənbə ümumiyyətlə inandırıcı hesab etmir: “45 kq çəkiyə malik insanın iki polisə müqavimət göstərməsi də absurd görsənir”.

Barat Abdullayev

İddiaya görə, Nazim Abdullayev polis, məhkəmə və prokurorluqdakı əlaqələrindən istifadə edərək Təyminə Abdullayevanın həbs təhdi altında əmlakından onun xeyrinə imtinasına nail olmaq niyyətindədir və bu işə bütün imkanlarını səfərbər edib.

Məhkəmənin gedişi ilə bağlı təfsilatlı məlumatlar verməyə çalışacağıq.

"AzPolitika" xatırladır ki, Təyminə Abdullayeva hələ ötən ilin iyun ayında saytlara müraciət edərək, boşanmaqda olduğu həyat yoldaşı Barat Abdullayev tərəfindən milyonluq əmlaklara görə aldadıldığını və haqqında polisə şikayət edilərək sifarişlə həbs olunacağını bildirmişdi.

V.Nəsibov

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol