Menu

Merkel ABŞ-ı məhkəməyə verib

04.06.2014, 23:08
Merkel ABŞ-ı məhkəməyə verib

Prokurorlar istintaq çərçivəsində Amerika rəsmilərinə sorğu göndərəcək

Almaniya baş prokuroru Harald Ranqe federal kansler Angela Merkelin telefon danışıqlarının ABŞ xüsusi xidmətləri tərəfindən dinlənilməsi ilə bağlı cinayət işi qaldırıb.

ANS PRESS-in məlumatına görə, Ranqe bu barədə bəyanatı ABŞ prezidenti Barak Obamanın Avropa turnesi fonunda verib. 4-5 iyunda o, G7 ölkələrinin iclasında alman siyasətçiləri ilə görüşəcək.

Alman prokurorlar istintaq çərçivəsində Amerika rəsmilərinə də sorğu göndərəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol