AXCP üzvü Kəmalə Bənənyarlı azadlığa çıxıb. Xəbəri “Media forum” saytına Kəmalə Bənənyarlının ailə üzvləri verib.

Kəmalə Bənənyarlı mayın 6-da həbsdə olan bir qrup “Nida” fəalına hökm oxunarkən Bakıda keçirilən etiraz aksiyasında tutulmuşdu. Mayın 7-də Nəsimi Rayon Məhkəməsi ona 30 sutka həbs cəzası vermişdi.

Həbs cəzası iyunun 5-də başa çatıb.

Kəmalə Bənənyarlı cəzasını Bakı Şəhər Baş Polis İdarəsinin Binəqədidəki məntəqəsində çəkirdi.