Menu

“AVRASİYA İTTİFAQININ TƏLƏSİK DOĞULUŞU” – Nazarbayevin qorxusu

05.06.2014, 20:12
“AVRASİYA İTTİFAQININ TƏLƏSİK DOĞULUŞU” – Nazarbayevin qorxusu

Fransanın məşhur “Le Monde” qəzeti Avrasiya İqtisadi İttifaqı haqqında maraqlı təhlili məqalə dərc edib. “Azpolitika.info” “Avrasiya İttifaqının tələsik doğuluşu” adlı məqalənin tərcüməsini təqdim edir:

“Fransanın Normandiya yarımadasına desant çıxarılmasının 70 illik xatirə-yubiley tədbirinə yollanmamışdan bir həftə öncə prezident Vladimir Putin Astanada Rusiya, Belarus və Qazaxıstan respublikalarından ibarət olan Avrasiya İttifaqına imza atdı.

Bu iqtisadi ittifaqın layihəsi 2010-cu ildən hazırlanırdı. Perespektivdə bu qurumun geniş iqtisadi, ticarı və siyasi birlik təşkil etməklə, Avropa Birliyi ilə rəqbət aparması nəzərdə tutulur. 2011-ci ildə bu barədə Putin yazırdı: “Avrasiya İttifaqına daxil olmaq onun hər bir üzvünə sürətli və daha güclü mövqelərlə Avropaya inteqrasiya etməyə imkan yaradacaqdır...” Putin Krımın mart anneksiyasından sonra özünü “rus torpaqlarının birləşdiricisi” kimi təqdim etməyi xoşlayır. O, Sovet İttifaqının bərpasını hər vəclə inkar etsə də, bu sözlərinə hətta qazax və belaruslu partnyorları da o qədər böyük inamla yanaşmırlar və öz güclü qonşularının ekspansionozmindən bərk qorxurlar.

Moskva Avrasiya İqtisadi İttifaqını perespektivdə vahid valyutanı, ümumi xarici siyasəti və vətəndaşlığı da əhatə edən siyası bir vasitə kimi nəzərdə tutur. Belə bir vəziyyət müqvilənin birinci variantında yer alırdı. Ancaq Qazaxıstanın qısqanclıqla öz suverenliyinin müdafiəsini tələb etməsi birinci variantın ortadan qaldırılmasına səbəb oldu.

Fikir ayrılığı Astanadakı imza mərasimindən əvvəl də gözə dəyirdi. Elə həmin anda da Qazaxstan prezidenti Nursultan Nazarbayev qeyd etdi ki, bu ittifaq ilk öncə iqtisadi xarakter daşıyır və dövlətlərin suverenliyini şübhə altına qoymur. Onun ölkəsində güclü milli ruh hökm sürür və bunun ən yaxşı bariz nümunəsi kimi çölün ortasında salınmış yeni paytaxt olan Astanadır. Bu futurustik şəhər “rəhbər” Nazarbayevin fərmanı ilə tikilib. O çox gözəl başa düşürdü ki, vaxtilə şimal regionunda Stalin tərəfindən məskunlaşdırılmış ruslar, perespektivdə müstəqillik tələbi ilə çıxış edə bilərlər. Onun belə fikrə gəlməsini 1994-cü ildə yazıçı–publisist A.Soljenitsinin bu ərazilərin əzəli rus torpaqları haqqındakı qələmə aldığı düşüncələri də “inandırmışdı”. Öz partnyorlarını sakitləşdirməyə cəhd edən Vladimir Putin belə bir bəyənat vermişdi: “Bu sənəd bizim ölkələri prinsipial olaraq inteqrasiyanın yeni səviyyəsinə çıxarır, tam formada dövlət suverenliyini saxlamaqla, biz burada daha sıx iqtisadi əməkdaşlıq və korporasiyanı təmin edirik.”

İmzalanma mərasiminin axırında Belarus prezidenti Aleksandr Lukaşenko bir məsələni xüsusi yada salaraq belə bir fikir söylədi: ”Bu yolda biz kimsəni itirdik, Ukrayna da bizimlə birlikdə bu çətin işə başlamışdı, ancaq doğrudan da bu Ukrayna üçün çox çətin iş oldu...”

Hal-hazırda Ukraynasız Avrasiya İqtisadi İttifaqı – lazım olanın sadəcə kölgəsi kimi görünür. 45 milyonluq əhalisi və diversifikasiya edilmiş sənayesi ilə Ukrayna həm də Avropa Birliyinin sərhəddində yerləşır. Ona görə də, bu təşkilatda Ukrayna əsas rol oynayacaqdı.

Prezident Yanukoviçin Avropa Birliyi ilə assosiasiya sazişini imzalaması ilə Avrasiya İttifaqına inteqrasiya olunması arasında var-gəl etmə hərəkətləri onun devrilməsi üçün katalızator rolunu oynadı. Onun yerinə gələn milyarder Pyotr Poroşenko seçkilərdən sonra bəyan edib ki, onlar Avropa Birliyinə qəbul olunmaq istiqamətində fəaliyyət göstərəcəklər. Bunun üçün o, Brüssel ilə assosiasiyaya dair saziş imzalanmasının sürətləndirilməsi niyyətindədir.

Belə bir şərtlər daxilində Vladimir Putin hesab etdi ki, Avrasiya İttifaqı müqaviləsinin imzalanmasını tezləşdirsin. O,Qərbə göstərmək istəyir ki, Rusiya Amerikan və Avropa sanksiyalarından özünü sıxışdırılmış şəkildə hiss etmir və onun digər partnyorları vardır.

Soyuq müharibə dövrünün xatirələrinə revanşistcəsinə mübtəla olan Putin paqonlu elitası ilə torpaq zəbt etmək və vassal kimi gördüyü ölkələri özünə tabe etdirməklə, “Böyük Rusiya” yaratmaq niyyətindədir.

Astanadakı imzalanma mərasimi çox tələsik hazırlanmışdı. Ölkələrin hələ 6 may tarixindəki Minsk görüşündə fikir ayrılıqları o qədər güclü idi ki, prezidentlər Aleksandr Lukaşenko və Nursultan Nazarbayev ümumiyyətlə hər hansı bir sənədə imza atmaqdan imtina etmişdilər. Əgər Minskdə konsensus əldə olunmayıbsa, deməli belə çixir ki, Astanadakı imzalanmış müqavilənin pərdə arxasında bu layihənin həll edilməmiş və təxirə salınmış problemləri də dayanıb. Beləki, ümumi enerji bazarının formalaşdırılması 2018-ci, vahid neft qaz birjasının işə salınması isə 2025-ci ildən tez baş tutmayacaq.

”Azadlıq Radiosu”na müsahibə verən qazax politoloq Dosım Satpayev yeni yaranmış ittifaq barəsində deyib:”Qazaxıstan Rusiya və Çinə özünün yeni xariçı siyasət doktrinasında bərabər rol ayırır. İndi bizim ölkə Avrasiya İqtisadi İttifaqına daxil olmaqla “Titanikə” yoxsa “Nuhun gəmisinə” bilet aldığından xəbərsizdir.”

Rusiyanın baş nazirinin müavini İqor Şuvalovun bildirdiyi kimi, bu müqaviləyə əsasən “dörd azadlıq” (insanların sərbəst hərəkəti, əmtəə, kapital və xidmətlərdir) təklif edılib. Amma yenə də bunlar qazax əməkdaşlarına qaz sənayesi üçün yol açmır. Belarusu şirnikləndirən isə özünün köhnəlmiş sovet dövründən qalma iqtisadiyyatına Rusiyanın verəcəyi subsidiyalardır. Əsasən Belarus və müəyyən mənada isə Qazaxıstan Rusiyaya öz geosiyası resurslarını verə bilər. Rusiya isə öz növbəsində müttəfiqlərinə pul resurslarını – kreditlər, subsidiya vermək imkanındadır. Burada pul Rusiyanın əlindəki yeganə resurs sayılır. Onun əlində müttəfiqlərinə təqdim edəcək müasir texnologiya yoxdur.”

Tərcümə etdi: Vaqif Nəsibov

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol