Menu

Qadın özünü çaya ataraq intihar etdi

04.05.2017, 17:03

suda bogulan usaq_420x250Salyan rayonunda qadın özünü çaya atıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Alçalı kəndi ərazisində baş verib.

Belə ki, həmin kəndin sakini, 50 yaşlı qadın ötən gün axşam saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.

Kəndin ərazisindən keçən Akkuşa çayı sahilində isə qadının ayaqqabısının bir tayı tapılıb. Qadının çayda batma ehtimalı olduğundan əraziyə xilasedicilər cəlb olunub.

Hazırda qadının axtarışı davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol