Menu

ABŞ Rusiya limanlarını nəzarətə götürəcək! - KXDR-a görə

06.05.2017, 02:57
ABŞ Rusiya limanlarını nəzarətə götürəcək! - KXDR-a görə

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatları (ABŞ) administrasiyası Koreya Xalq Demokratik Respublikasına (KCXDR) qarşı sanksiyaların yerinə yetirilməsi kontekstində Rusiyanın Vladivostok, Naxodka və Vanino limanlarını xüsusi nəzarətə götürə bilər.

Uyğun norma ABŞ nümayəndələr palatası tərəfindən cümə axşamı qəbul edilmiş qanun layihəsində yer alıb.

Sənədə uyğun olaraq, qanun qəbul olunandan sonrakı 180 gün ərzində və sonra 5 il ərzində hər il ABŞ Prezidenti BMT Təhlükəsizlik Şurasının KXDR-a yönəlik qətnaməsini pozan limanlar və aeroportlar barədə hesabatı konqşresə təqdim etməlidir.

«Hər hesabat… aşağıdakı limanlar və aeroportlar… Rusiyanın Naxodka, Vanino və Vladivostok limanları barədə nəticələri özündə əks etdirməlidir» - qanun layihəsinin mətnində belə deyilir.

Sənəddə həm də Çinin, İranın, Suriyanın (Tartus və Latakiya) limanları xatırladılır.

Bu sənədin lehinə palatanın 419 üzvü, əleyhinə isə yalnız bircə üzvü səs verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol