Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, sosial şəbəkələrdə yayılmış cinayət xarakterli məlumatların araşdırılması məqsədilə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı Mehman Hüseynov izahatının alınması üçün Baş Prokurorluğa dəvət edilib.
E.Sultanov deyib ki, onun izahatı alınaraq artlq səbəst buraxılıb.
Bir neçə saat Baş Prokurorluqda saxlanılan jurnalist sərbəst buraxıldıqdan sonra AzadlıqRadiosuna qısa müsahibə verib.
- Səhər saatlarında 2 mülkü geyimli şəxs bizim ofisə gələrək, ofisdə hansı tədbirin keçirilməsiylə maraqlandılar. Sonra məni özləriylə birlikdə Baş Prokurorluğa aparmalı olduqlarını dedilər. Mən də onlarla getdim. Mən hiss etdim ki, dünən yaydığım videoya görə aparırlar. Bir neçə saat məni bu video ilə bağlı sorğu- sual etdilər. Sonra dedilər ki, prezident seçkiləri ərəfəsində fəallığımı bir az azaldım. Mənsə bildirdim ki, mən jurnalistəm, satirik videolar hazırlayıram və bu işə də davam edəcəm. İlham Əliyev tez-tez səsləndirdiyi “Azərbaycanda internet azaddır” fikrini də diqqətlərinə çatdırdım… Mənim hazırladığım videoda qanunsuz heç bir şey yoxdur. Bundan sonra da tənqidi, satirik videoları hazırlamağa davam edəcəm.
Mehman Hüseynova bildirib ki, ona qarşı heç bir ittiham irəli sürülməyib.
«Mənimlə sadəcə söhbət etdilər və sərbəst buraxdılar».


Şərhlər