Nepaldan olan qocaman alpinist Min Bahadur Şerxan yenidən Everestə qalxmaq istəyərkən 85 yaşında ürək tutmasından keçinib. TASS xəbər verir ki, o, uğur qazanacağı təqdirdə dünyanın ən yüksək zirvəsini fəth etmiş ən yaşlı alpinist olacaqdı.
Şerxan Everestin ətəklərində baza düşərgəsində adaptasiya prosesini keçib. O, özünü çox yaxşı hiss edirdi və çətin relyefdə də 14-15 kilometr rahat keçə bilərdi.
Qeyd edək ki, Şerxan 2008-ci ildə Everesti fəth edən ən yaşlı alpinist olub, lakin 2013-cü ildə onun rekordu 80 yaşlı yapon Yuiçiro Miura tərəfindən yenilənib.


Şərhlər