Menu

Paris ətrafında atışma olub, 1 nəfər öldürülüb

07.05.2017, 09:46
Paris ətrafında atışma olub, 1 nəfər öldürülüb

Parisin qərbində yerləşən Plezir şəhərində yerləşən “Burger King” restoranının dayanacağında baş verən atışma nəticəsində 1 nəfər güllələnərək öldürülüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti yazıb.

Nəşrin məlumatına görə, cani park edilmiş avtomobildə olan kişiyə bir neçə dəfə atəş açıb. O, daha sonra hadisə yerindən qaçıb.

Polis araşdırmalara başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol