Menu

Pentaqon Asiya-Sakit okean bölgəsində möhkəmlənir

08.05.2017, 23:08

pentaqon-mainAzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Pentaqon Asiya-Sakit okean bölgəsində hərbi iştirakını gücləndirmək məqsədilə 7,5 milyard dollar xərcləməyə hazırdır. Xəbəri «Wall Street Journal» qəzetinin elektron variantı yayıb.

Qəzetin yazdığına görə, bu, Koreya yarımadasında gərginliyin artması ilə bağlıdır. Söhbət hərbi infrastrukturun yenilənməsindən, əlavə hərbi təlimlərin keçirilməsindən, o cümlədən, hərbi güclərin və gəmilərin yerləşdirilməsindən gedir.

Rəsmi məlumatlara görə, bu il Amerika Birləşmiş Ştatları (ABŞ) müafiə məqsədlərinə 598,5 milyard dollar vəsait xərcləyəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol