Menu

Cəlilabadda 9 yaşlı uşaq çayda boğulub - YENİLƏNİB

09.05.2017, 23:04
Cəlilabadda 9 yaşlı uşaq çayda boğulub - YENİLƏNİB

Cəlilabad rayonunda suda boğulan 9 yaşlı uşağın kimliyi məlum olub.

“Report”un Aran bürosu xəbər verir ki, çayda boğulan uşaq Cəlilabad şəhər Mikayıl Müşfiq küçəsində yaşayan Hacı İbadət oğlu Həsənlidir.

Qeyd edək ki, hadisə rayon ərazisindən keçən Mişarçayda qeydə alınıb.

H.Həsənlinin cəsədi çayda batdığı yerdən çıxarılıb və yaxınları tərəfindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Fakt araşdırılır.

***

Cəlilabad rayonunda 11 yaşlı uşaq çayda boğulub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayon ərazisindən keçən Mişarçay çayı qeydə alınıb. Şəxsiyyəti dəqiqləşdirilən uşağın çaya ehtiyatsızlıqdan düşdüyü bildirilir. Onun cəsədi sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol