Menu

Sabiq nazir müşavirinin şikayəti rədd edildi - Baxşıyev yenidən qohumunu tutdurmaq istəyir

10.05.2017, 20:40
Sabiq nazir müşavirinin şikayəti rədd edildi - Baxşıyev yenidən qohumunu tutdurmaq istəyir

Bu gün Nərimanov rayon məhkəməsində keçmiş nəqliyyat naziri Ziya Məmmədovun müşaviri Çingiz Baxşıyevin qohumu Rövşən Əhmədova qarşı xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə prosesi keçirilib. Məhkəmə sabiq müşavirin şikayəni  qəbul etməyib.

Bununla bağlı "AzPolitika.info"ya açılama verən R.Əhmədovun vəkili Adəm Məmmədov bildirib ki, məhkəmədə çıxış edərək xüsusi ittiham qaydasında şikayət ərizəsinin düzgün tərtib edilmədiyini söyləyib. Buna görə də şikayətin icraata qəbul edilməməsini istəyib.

Hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə tərəflərin mövqləri dinlənildikdən sonra qərar elan olunub. Qərara əsasən, şikayətin məhkəmə baxışına verilməsi rədd edilib.

Onu da qeyd edək ki, Çingiz Baxşıyev ərizəsində qeyd edib ki, R.Əhmədov onu 10-dan artıq ağır cinayətdə ittiham edib. O, şərəf və ləyaqətinin alçaldığını bildirərək R.Əhmədova Cinayət Məcəlləsinin 147.2-ci maddəsi üzrə cəzanın yuxarı həddində hökm verilməsini tələb edib. Həmin maddə üzrə cəzanın yuxarı həddində 3 ilədək həbs nəzərdə tutulur.

Qeyd edək ki, Ç.Baxşıyev bundan öncə R.Əhmədovu 7 kiloqram qızılını mənimsəməkdə ittiham edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə vəkil Adəm Məmmədovun müdafiə etdiyi R.Əhmədova bəraət hökmü verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol