Menu

Hökməli-Puta yolunun tikintisi üçün 7,6 milyon manat ayrılıb

07.06.2014, 20:30
Hökməli-Puta yolunun tikintisi üçün 7,6 milyon manat ayrılıb

Azərbaycan prezidenti İlham Əliyev Abşeron rayonunun Hökməli-Qobu-Lökbatan-Güzdək-Puta avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, 70 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Hökməli-Qobu-Lökbatan-Güzdək-Puta avtomobil yolunun tikintisinin davam etdirilməsi üçün Abşeron Rayon İcra Hakimiyyətinə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin 7,6 milyon manatı ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol