Biləcəri-Xıradalan-Sumqayıt dəmir yolu marşrutu ilə sərnişinlər ödənişsiz daşınacaq.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumatda deyilir.
"Mayın 12-si və 22-də IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri başa çatandan sonra, “Koroğlu” - "Bakı Sərnişin" stansiyaları marşrutu üzrə işləyən “KİSS” markalı ikimərtəbəli elektrik qatarlarından istifadə edən sərnişinlərin Biləcəri-Xırdalan-Sumqayıt istiqamətində də ödənişsiz daşınması təmin ediləcək", - deyə xəbərdə bildirilib.


Şərhlər