Menu

ARDNF-nin vəsaitinin xərc istiqamətləri müəyyənləşib

12.05.2017, 18:42
ARDNF-nin vəsaitinin xərc istiqamətləri müəyyənləşib

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) vəsaitinin xərc istiqamətləri müəyyənləşib.

"Report"un məlumatına görə, dövlət başçısının imzaladığı fərmana əsasən bu istiqamətlərə qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi, Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinə transfert, makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankına transfert, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi, 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi, Cənub Qaz Dəhlizi layihələrində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi daxildir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol