Menu

Patriarx seçkilərində saxtakarlıq - Aram Ateşyana qarşı aksiya keçirilir

13.05.2017, 10:02
Patriarx seçkilərində saxtakarlıq - Aram Ateşyana qarşı aksiya keçirilir

İstanbulda yaşayan ermənilər patriarxın müavini Aram Ateşyana qarşı "change.org"da imzatoplama kampaniyasına başlayıblar.

"Report"un məlumatına görə, bu barədə "News.am" xəbər verib.

Xəbərdə bildirilir ki, buna səbəb onun apostol kilsəsinin patriarxı seçkilərində qeyri-sağlam mühit yaratmasıdır.

İmzatoplama aksiyasının iştirakçıları Ateşyanın kilsədən əl çəkməsini və onun bütün mənəvi adlardan məhrum olunmasını tələb edirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol