Menu

Yerevanda "Azadlıq"ın müxbirini döydülər

14.05.2017, 20:19
Yerevanda "Azadlıq"ın müxbirini döydülər

Yerevanda keçirilən mer seçkilərində jurnalistlərə qarşı zorakılığa yol verilib. Azvision.az xəbər verir ki, Respublikaçılara məxsus qərargahda "Azadlıq" radiosunun jurnalistinə hücum edilib.

Nar Dos küçəsində yerləşən qərargahda "Azadlıq"ın müxbiri Sisak Qabrielyanın üzərinə hücum edərək onu döyüblər.

Jurnalist seçkilər zamanı vətəndaşlara rüşvət paylandığını qeydə alıb. Baş verən seçki pozuntusu nəticəsində qərargahda qalmaqal yaşanıb. Qərargahda olan bir neçə şəxs jurnalisti təhqiq edərək onun əlindən telefonunu almağa çalışıblar. Nəticədə bununla kifayətlənməyərək jurnalisti döyüblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol