Suriyada döyüşən Azərbaycandan olan vəhhabilər daha bir iyrənc və təhqir dolu kampaniyaya start veriblər.Onlar dövlət tərəfindən verilmiş pasportlarını nümayişkəranə şəkildə cırıblar. Sosial şəbəkələrdə yayılmış məlumatlara görə, bu dəfə radikal dini cərəyanın nümayəndələri Azərbaycan pasportlarını kütləvi şəkildə cırmağa başlayıblar.
Həmin məlumatda vurğulanır ki, Yəhya əl-Azəri adlı şəxsin profilində yayımlanmış fotoda da Azərbaycan pasportlarının cırıldığı əks olunub. Üstəlik onlar fotonun altından belə bir söz də yazıblar: «Allaha həmd olsun. Tağutun saını təsdiqləyən sənədləri belə cırdıq».
Yəhya əl-Azəri Suriyada döyüşən azərbaycanlı vəhhabilərin komandiri olub və bir müddət əvvəl döyüşlərdən birində öldürülüb. Hazırda isə onun profilini həyat yoldaşının istifadə etdiyi ehtimal olunur. Çünki yazılan statusların bir çoxunda «ərim öldükdən sonra» sözlərinə rast gəlinir. /Jam.az/

Şərhlər