Menu

İrəvanda seçki bazarlığı - Bir səs 10 min drama

16.05.2017, 22:30
İrəvanda seçki bazarlığı - Bir səs 10 min drama

İrəvanda keçirilən mer seçkilərində iştirakdan imtina edən "Çiçəklənən Ermənistan" partiyasının üzvlərinin bazar günü baş tutan səsvermə zamanı Taron Markaryanın xeyrinə rüşvət verdikləri məlum olub.

"AzPolitika" AzVision.az-a istinadən xəbər verir ki, "Krivoy" məhəlləsində parlament seçkilərində həmin şəxslər seçicilərə Respublika partiyasından merliyə namizəd Taron Markaryana səs vermələri üçün adam başı 10 min dram rüşvət paylayıblar.

Maraqlıdır, İrəvanın digər məhəlləsində eyni şəxslər hər seçiciyə 10 min deyil, 7 min dram təklif edərək 3 min dramı özləri üçün mənimsəyiblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol