Menu

ABŞ aviasiyası Suriya hökumət ordusuna zərbə endirib

18.05.2017, 22:31
ABŞ aviasiyası Suriya hökumət ordusuna zərbə endirib

ABŞ Hərbi-Hava Qüvvələri Suriyanın hökumət hərbi birləşmələrinə zərbə endirib. Virtualaz.org “Reuters”ə istinadən xəbər verir ki, bu məlumatı ABŞ hökumətindəki mənbə verib.

Mənbəyə görə, hadisə ölkənin cənubunda Suriya müxalifətinə qarşı hərəkətlərin baş verməsindən sonra qeydə alınıb. Həmçinin qeyd olunur ki, hücumdan öncə ABŞ HHQ xəbərdarlıq atəşi açıb.

Bundan az əvvəl Suriya müxalifəti ölkə rəhbərliyini atəşkəs rejiminin pozulmasında ittiham edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol