Menu

Krımla əlaqədar bir Azərbaycan vətəndaşının Ukraynaya girişinə qadağa qoyulub

21.05.2017, 13:45
Krımla əlaqədar bir Azərbaycan vətəndaşının Ukraynaya girişinə qadağa qoyulub

Ukrayna Krıma qanunsuz səfərlə əlaqədar Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Azərbaycanın vətəndaşı olan 9 nəfərin 3 il ərzində ölkəyə girişinə qadağa qoyub. APA-nın məlumatına görə, bu barədə bu gün Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Beredyan sərhəd dəstəsi sərhəd nəzarəti zamanı üzə çıxarıb ki, Özbəkistanın 6, Qazaxıstanın 1, Qırğızıstanın 1 və Azərbaycanın 1 vətəndaşı Krıma fəaliyyətini dayandırmış sərhəd-keçid məntəqəsindən daxil olub, Krıma səfərlə bağlı xüsusi icazəyə malik olmayıblar. Həmin şəxslər sərhədi “Çonqar” sərhəd-keçid məntəqəsindən keçməyə cəhd edərkən saxlanılıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol