Menu

Stolüstü tennis yığmamız bürünc medalla kifayətləndi - Bakı-2017

21.05.2017, 22:50
Stolüstü tennis yığmamız bürünc medalla kifayətləndi - Bakı-2017

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis turniri davam edir.

Trend-in məlumatına görə, bürünc medal uğrunda görüşdə Azərbaycanın kişi idmançılardan ibarət millisi Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşıb.

Daha dəqiq oyun nümayiş etdirən stolüstü tennisçilərimiz qələbə qazanıblar - 3:1.

Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol