Menu

Latviya seyminin deputatı rusları bit adlandırıb!

22.05.2017, 00:11
Latviya seyminin deputatı rusları bit adlandırıb!

«AzPolitika.info» - nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Latviya seyminin deputatı Edvin Şnore «NA avize» nəşrində dərc etdirdiyi müəllif yazısında ölkədən getmədiklərinə görə, Latviyanın rusdilli sakinlərindən şikayətlənib. «Focus.lv» portalının məlumatına görə, deputat rusları «şubadan qoparıla bilməyən bit» adlandırıb.

Şnorenin fikrincə, sovet işğalı Latviya iqtisadiyyatını çirklənmiş ətraf mühitli və ruslaşdırılmış cəmiyyətli xarabalığa çevirib. Bu işğalın nəticələrinin bir çoxunu aradan qaldırmaq mümkün olsa da, Latviyada rus mühiti hələ də qalmaqdadır.

«Yerli rusdillilər SSRİ dövründə Latviyanı söyüb və ləkələsələr də, hələ ki, Latviyadan çıxıb getmirlər. Ən azı, ölkəni latışların arzu etdikləri sayda tərk etmirlər» - deyə, Şnore bəyan edib.

Deputat bununla kifayətlənməyib və 2 milyon nəfərlik Latviyanın təxminən 800 minlik rusdilli vətəndaşlarını birbaşa təhqirə keçib: «Vaxtında, ictimai işlər üzrə nazir Alfred Berzinış deyib ki, əgər rus bitini bircə dəfə şubaya buraxsan, artıq onu geriyə çıxara bilməzsən…».

Üstəlik də Şnore təsdiqləyir ki, son illər qonşu ölkədəki korrupsiya və xaosdan canını qurtarmaq istəyən ruslar Latviyaya daha tez-tez gəlməyə başlayıblar. Bütün bunlar, köklü latışları əlverişsiz vəziyyətə salır. Çünki əksər iş yerlərində əsassız olaraq, rus dilini bilmək tələb olunduğundan, latışlar iş tapmaqda çətinliklə üzləşirlər.

«Dövlət təhlükəsizliyi - latış Latviyasına can atmağın səbəblərindən biridir. Ruslarla birlikdə «ikiicmalı dövlət»in nəyə gətirib çıxardığını isə Ukraynanın timsalında görə bilərsiniz» - deyə, Şnore qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol