Menu

"SSRİ dövrü qayıdır"- Stanislav Şuşkeviç

10.06.2014, 17:11
"SSRİ dövrü qayıdır"- Stanislav Şuşkeviç

Vaxtilə SSRİ-nin dağılmağında böyük rol oynamış, 1991-ci ilin dekabrında Rusiya lideri Boris Yeltsin və Ukrayna lideri Leonid Kravçukla birlikdə SSRİ-nin ləğvi müqaviləsinə imza atan Stanislav Şuşkeviç postsovet məkanında gedən yeni inteqrasiya proseslərindən danışıb.

Virtualaz.org saytının Qərb KİV-lərinə istinadən verdiyi xəbərə görə, S.Şuşkeviç SSRİ-nin hansısa formada bərpa olunması ehtimalından danışıb, fikrini əsaslandırmaq üçün nümunələr gətirib.

O, deyib: "Biz o vaxt öz işimizi gördük. Ancaq indi sovet qaydaları bərpa olunur. Sövet dövrü qayıdır. Ukraynaya baxın. Hazırda bu ölkədə baş verənlər 1990-cı ildə Baltik respublkalarında qayda-qanunu xüsusi xidmət orqanlarının köməyi ilə bərpa etmək cəhdinə oxşayır. Belarusa gəlincə isə o, ümiyyətlə SSRİ kimidir. Kolxozlar və s. SSRİ-dəki kimi işəyir”.

"The Guardian" qəzetinin müxbiri ilə Minskdə söhbət edən 79 yaşlı keçmiş fizika professoru Şuşkeviç deyir ki, 1994-cü il seçkilərini Lukaşenko doğrudan da uddu: "Çünki populist idi. Ancaq ondan sonra seçki olmayıb, indi təyinatdr. Seçki prosesini KQB nəzarətə götürüb”.

917 DƏFƏ OXUNUB

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol