Menu

Beynəlxalq Bankın Gürcüstan və Rusiya “törəmələri” satışa çıxarılır

24.05.2017, 17:17

international_bank_azerbaijan_sibos_280916Azərbaycan Beynəlxalq Bankının Rusiya və Gürcüstandakı törəmə banankları “MBA-Moskva” və “MBA-Georgia” bu il ərzində satışa çıxarılacaq.Virtualaz.org xəbər verir ki, bu barədə Beynəlxalq Bankın xarici borclarının restrukturizasiyasına dair ötən gün Londonda kreditorlara təqdim edilən planda yer alır.

Plana əsasən törəmə bankların satışı həmin bankların müştərilərinin kapitalının “ana” bankın borclarının restrukturizasiyasına baxmayaraq qorunub saxlanılmasını təmin edəcək. Bu barədə Azərbaycan hökumətinə yaxın mənbə ABC.az-a bildirib.

“Bu restrukturizasiyanın axırının hara gedib çıxacağını hələ bilmirik, kreditorlar planı imzalamayıblar. Bu gün hələ risk var ki, onlarla daha uzun-uzadı danışıqlar aparmaq, hətta borclara görə məhkəmə çəkişməsinə girmək lazımgələcək. Belə vəziyyətdə “MBA-Moskva” və “MBA-Georgia”nın aktivlərinin mümkün həbs və müsadirə təhlükəsindən yayınmaq üçün ən yaxşısı onları satmaqdır”-mənbə deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol