Menu

Aralıq dənizində 30 miqrant batıb

25.05.2017, 08:09
Aralıq dənizində 30 miqrant batıb

Aralıq dənizində göyərtəsində miqrantlar olan gəmi qəzaya uğrayıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 30-dan çox miqrant batıb.

Məlumata görə, İtaliyaya üz tutan gəmi Liviyadan dənizə çıxıb və göyərtəsində 200-dək miqrant olub. Onların vətəndaşlıqları barədə məlumat verilmir. Ölənlərin əksəriyyətinin azyaşlı uşaqlar olduğu bildirilir. Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

İlin əvvəlindən dəniz vasitəsilə Avropaya 44 minə yaxın qeyri-qanuni mühacir daxil olub. Aralıq dənizini qət etməyə çalışarkən onlardan təxminən 1300 nəfəri ölüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol