Menu

Qaxda 86 yaşlı kişi özünü asıb

26.05.2017, 22:34
Qaxda 86 yaşlı kişi özünü asıb

Qaxda intihar hadisəsi baş verib.

Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə bu gün axşam saat 18 radələrində rayonun Qaşqaçay kəndində qeydə alınıb.

Kənd sakini, 1931-ci il təvəllüdlü Əmiraslan Yusif oğlu İsmayılovun meyiti yaşadığı evin eyvanından asılı vəziyyətdə ailə üzvüləri tərəfindən aşkar edilib.

Məlumata görə, Ə. İsmayılov xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı Qax rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol