Dünya Ana və Uşaqları İctimai Birliyi və DAK Qadınlar Təşkilatının sədri Dünyaxanım Əliyeva, "Turaneli" qəzetinin təsisçisi Mətləb Həsənli və baş redaktoru Aygün Paşayevanın birgə təşkil etdiyi rəy sorğusunun nəticələri açıqlanıb.
Rəy sorğusu cəmiyyətdə qadının rolu, hakimiyyətdə təmsilçilik imkanları, işgüzarlıq qabiliyyətləri və s. kimi məsələlərin müəyyənləşdirilməsi üçün keçirilməsi nəzərdə tutulan kompleks tədbirlər planının ilk addımlarındandır. Rəy sorgusunda 14368 nəfər iştirak edib. İştirakçılardan 68% (9770 nəfər) qadın, 32% (4598 nəfər) kişi olmuşdur. Rəy sorğusu müxtəlif virtual media orqanlarının köməkliyi ilə həyata keçirilib.
Ortaya çıxan nəticələr aşağıdakı kimidir:
1. Qadınlar cəmiyyətimizdə layiq olduqları yeri ala biliblərmi?
- Bəli 33,3%
- Xeyr 40,5%
- Bu haqda heç bir fikrim yoxdur 26,2%
2. Qadın huquqlarının pozulması əsasən hansı sahədə özünü göstərir?
- Təhsildə və iş yerlərində gender bərabərliyinin pozulması 28,6%
- Məişət zorakılığı 31%
- Dini və milli-mədəni ehkamlarımızın kişilərə daha çox üstünlük verməsi 31%
- Ölkədə demokratik vəziyyətin qənaətbəxş olmaması 9,4%
3. İş yerlərində rəhbər orqanlarda gender bərabərliyinin pozulması cəmiyyətimizin mütərəqqi inkişafına necə təsir göstərir?
- Qadından rəhbər olmaz 13,9%
- Qadınların rəhbər orqanlarında daha artıq rol alması zəiflədər 25%
- Demokratik inkişafı sürətləndirər 61,1%
4. Rəhbər orqanlarda çalışan qadınlardan hansının fəaliyyətini qənaətbəxş hesab edirsiniz?
- Aqiyə Naxçıvanlı, Azərbaycan Müəllimlər İnstitutunun rektoru 0,7%
- Fatma Abdullazadə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar Məsələlər şöbəsi, şöbə müdiri 1,8%
- Gülçöhrə Məmmədova, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru 4,4%
- Hicran Hüseynova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 1,8%
- Məleykə Abbaszadə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri 25,8%
- Nərgiz Paşayeva, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru 59,2%
- Heç biri 6,3%
İşçi qrupu bu nəticəyə gəlmişdir ki, cəmiyyət əslində gender bərabərliyinə hazır vəziyyətdədir. Hakimiyyət yetkililəri ictimaiyyətin bu mövqeyini nəzərə almalı, gender bərabərliyi istiqamətində ciddi addımlar atmalıdır.

Şərhlər