Menu

Türkiyə pomidoru Rusiyaya qayıdır 

27.05.2017, 11:32

pomidorbazarzzAzPolitika.info Rusiya KİV-nə istinadla xəbər verir ki, artıq həftə ərzində Türkiyə pomidoru Rusiya bazarlarına qayıda bilər. Hökumətin müvafiq qərarının həftənin sonuna hazır olacağı bildirilir. Bu barədə Rusiya hökumətinin sədr müavini Arkadi Dvorkoviç jurnalistlərə məlumat verib.

Bu zaman, Dvorkoviç qeyd edib ki, Türkiyə hökuməti Rusiya buğdasının idxalına yeni məhdudiyyətlərin qoyulması barədə yayılan şayiələri təkzib edir. O, əlavə edib ki, hazırda tərəflər Türkiyə pomidorunun (tomat) Rusiyaya ixracı sahəsində yaranmış problem ətrafında məsləhətləşmələr aparırlar.

Bundan əvvəl Rusiyanın kənd təsərrüfat naziri Aldeksandr Tkaçov xəbər verib ki, Rusiya öz bazarını Türkiyə pomidorunun üzünə açmağı planlaşdırmır.

Xatırladaq ki, Türkiyə pomidorunun Rusiyaya idxalı 4 iyul 2016-cı il tarixində fitosanitar mülahizələrdən dolayı, qadağan olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol