Menu

Türkiyə Liviyada vəziyyətin gərginləşməsindən narahatdır

28.05.2017, 19:45
Türkiyə Liviyada vəziyyətin gərginləşməsindən narahatdır

Türkiyə Liviyada vəziyyətin gərginləşməsindən narahatdır və bu ölkənin bütün ərazisində silahlı toqquşmaları dayandırmağa çağırır.Trend-in verdiyi məlumata görə, bu barədə Türkiyə XİN-in yaydığı bəyanatda deyilir.

"26 may tarixində Tripoli rayonunda baş verən toqquşmalar ciddi narahatlıq doğurur. Fikir ayrılığının aradan qaldırılmasının yeganə yolu danışıqlardır. Tərəfləri Liviyanın təhlükəsizlik və sabitliyini pozan addımlardan çəkinməyə çağırırıq", - bəyanatda deyilir.

Qeyd edək ki, Tripoli rayonunda son toqquşmalarda 25 nəfər həlak olub, 50-yə yaxın insan yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol