Dünən Türkiyədə azərbaycanlı "qanuni oğru"lar arasında baş verən atışmada həbs olunduğu bildirilən "Lotu Quli" ləqəbli Nadir Səlifovun qardaşı Namik Səlifov azadlıqdadır. İnterpress.az-a daxil olan məlumata görə, Namik Səlifov hazırda Türkiyədə ailəsinin yanındadır.

8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Lotu Quli isə Ədirnədə baş verən hadisələrdən məlumatlıdır. Bu barədə mətbuatda yayılan xəbərlər barədə Lotu Qulinin vəkili Təranə Əliyeva danışıb. Bu gün cəzaçəkmə müəssisəsində onunla görüşən vəkil qardaşının həbsi ilə bağlı yayılan informasiyaları Lotu Qulinin diqqətinə çatdırıb.

T.Hacıyeva İnterpress.az-a açıqlamasında Lotu Quli ilə bu gün görüşdüyünü təsdiqləyib: "Mən bu gün Nadir Səlifovla görüşdüm. Görüşdən əvvəl mən onun Türkiyədə olan ailəsi ilə əlaqə saxlayır, anası və qardaşı ilə danışıram. Bu gün də danışdım və onlar mənə hər şeyin qaydasında olduğunu bildirdilər. Məndə olan məlumata görə Namik Səlifov həbs olunanlar arasında deyil".