Menu

Bir ay sonra pensiya yaşı artırılacaq

31.05.2017, 16:54
Bir ay sonra pensiya yaşı artırılacaq

İyul ayının 1-dən ölkədə pensiya yaşı artırılır.

"Əmək pensiyaları haqqında" qanuna edilən əlavə və dəyişikliklərin qüvvəyə minməsinə cəmi 1 ay vaxt qaldı.Yeni qanuna əsasən, pensiya üçün kişilərin hazırki yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların hazırki yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılacaq. Onu da bildirək ki, 2015-ci ildən qadınlarda pensiya yaş həddi 60 yaş, kişilərdə isə 63 yaş müəyyən edilib. Dəyişiklikləri indiyə qədər pensiyaya çıxanlara şamil edilmir.

Nəzərə çatdıraq ki, hazırda dünyanın əksər dövlətlərində az vəsait xərcləmək məqsədilə pensiya yaşının artırılması istiqamətində addımlar atılır. Qonşu Türkiyədə mərhələli artımla 2048-ci ildən sonra qadınlar və kişilər üçün pensiya yaşının 65 yaş olması planlaşdırılıb. İnkişaf etmiş ölkələrdə isə pensiya yaşı 65-dən başlayır. /Oxu.az

Ölkələr üzrə pensiya yaşları aşağıdakı kimidir:

 Ölkələr                  Qadınlar üçün yaş həddi  

 Kişilər üçün yaş həddi

 

 Slovakiya  58  61
 Belçika  59  60
 Sloveniya  60  62
 Polşa  60  62
 Fransa  60  59
 Yunanıstan  60  62
 Macarıstan  60  63
 Avstriya  60  62
 Çexiya  61  63
 Danimarka  61  63
 Lüksemburq  61  62
 İtaliya  61  61
 Hollandiya  62  63
 Fillandiya  62  62
 İngiltərə  62  64
 Kanada  62  64
 İrlandiya  63  65
 Almaniya  63  63
 Estoniya  63  64
 Avstraliya  63  65
 İspaniya  63  62
 İsveç  64  65
 Norveç  64  65
 İsveçrə  64  66
 ABŞ  65  66
 Portuqaliya  66  67
 İsrail  66  68
 Yeni Zellandiya  67  67
 Yaponiya  68  69
 İslandiya  69  68
 Meksika  68  72
 Çili  71  70
 Koreya  73  71

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol