Menu

Rusiyanın keçmiş səfirindən Qarabağla bağlı şok açıqlama

12.06.2014, 12:00
Rusiyanın keçmiş səfirindən Qarabağla bağlı şok açıqlama

"İstəyirsiniz ki, regionda müharibə başlasın?"

“Azərbaycan istənilən halda kimdənsə silah almalıdır”.Avropa.info xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Rusiyanın Ermənistandakı keçmiş səfiri Vyaçeslav Kovalenko İrəvanda jurnalistlərə verdiyi açıqlamasında bildirib.

Ermənistanda səfərdə olan keçmiş səfir bir sıra erməni deputatlarla görüş keçirib. Deputatlarla görüşdən sonra jurnalistlər keçmiş səfirə Azərbaycanın Rusiyadan silah alması barədə verdiyi suala cavab verən Kovalenko bildirib ki, Azərbaycanın Rusiyadan silah alması normal haldır.

Jurnalistlər daha sonra keçmiş səfirdən Kollektiv Təhlükəsizlik Şurasının niyə Qarabağda atəşkəsin pozulmasına reaksiya vermədiyini soruşublar. Vyaçeslav Kovalenko isə jurnalistlərin sualına sualla cavab verib:

“Siz istəyirsiniz ki, regionda müharibə başlasın?”

Keçmiş səfir daha sonra bildirib ki, Kollektiv Təhlükəsizlik Şurası dəfələrlə tərəfləri atəşkəsə riyaiət etməyə çağırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol