Menu

«Rusiyanın xüsusi xidmətləri müttəfiqlərimizi izləmir» - Putin

02.06.2017, 14:00
«Rusiyanın xüsusi xidmətləri müttəfiqlərimizi izləmir» - Putin

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putin kinorejissor Oliver Stouna verdiyi müsahibəsində ölkəsinin xüsusi xidmət orqanlarının fəaliyyətini şərh edərkən, deyib ki, onlar müttəfiq dövlətləri izləmirlər. Bu barədə söhbət, Stounun Edvard Snouden və ABŞ Milli Təhlükəsizlik Agentliyi (MTA) barədə verdiyi növbəti sualdan sonra açılıb.

«Müttəfiqləri izləmək, əgər doğrudan da onlar vassal yox, müttəfiqdirlər - ləyaqətli iş deyil. Bu, inamı dağıdır və son nəticədə, özünün milli təhlükəsizliyinə ziyan vurur» - deyə, Putin qeyd edib.

Verilən xəbərə görə, Vladimir Putin Oliver Stouna verdiyi müsahibədə bəyan edib ki, ABŞ MTA-nin keçmiş əməkdaşı Edvard Snoudeni satqın hesab etmir, amma onun «xüsusi xidmətlərin ifşası» istiqamətindəki fəaliyyətini də təqdir etmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol