Menu

Bakıda intihar - 49 yaşlı kişi damarını kəsdi

03.06.2017, 11:29

damarkesme-intihar5be11bf94c4f403fb77a1c7bd7a48f9fBakıda 49 yaşlı kişi intihar edib.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verib.

Belə ki, qəsəbə sakini 1968-ci il təvəllüdlü Azər Abdullayev yaşadığı evdə boyun nayihəsindəki arterial damarını kəsib.

Yaxınları onu xəstəxanaya çatdırsalar da, A.Abdullayev çoxlu qan itirdiyindən dünyasını dəyişib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, intiharın səbəbəri araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol