«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İranın Kermanşah şəhərində Əli adlı oğlan uşağı suda boğulub. Üç dəqiqə ərzində - uşaq öz həyatı uğrunda mübarizə apardığı müddətdə - sahildə onun sinif yoldaşları və bir neçə yaşlı adam dayanıb, «mənzərə»ni müşahidə edib Amma uşağı göldən çıxartmaq üçün bir nəfərdən savayı, irəli duran olmayıb!
Təəssüf ki, həmin kişi də üzməyi bacarmadığından, uşağı xilas edə bilməyib - Əli «insan sürüsü»nün gözləri qarşısında suya qərq olub!
Hadisənin videoyazısı boyunca, batan uşağın sinif yoldaşlarının səsləri eşidilir:
- Əli öldü!
- Yox, hələ ölməyib…
- Ay Allah, Əli öldü!
Amma Əliyə kömək üçün irəli duran tapılmayıb…
İrbrətamizdir, deyilmi?
Müsəlman dövlətləri də ayı-ayrı müsəlman fərdlərdən ibarətdir. Neçə müddətdir ki, müsəlman ölkələri sıra ilə bir-bir «qətliam» edirlər, digərləri «balıq kimi susur» («məndən ötsün - qardaşıma dəysin» - deyə, faciəni seyr edirlər) və əslində, hərəsi «öz növbəsi»ni gözləyir...
Necə də iyrəncdir, ay Allah!


Şərhlər