Menu

Sabiq nazir həbs edildi - Oğurluğa görə

06.06.2017, 18:30
Sabiq nazir həbs edildi - Oğurluğa görə

Braziliyanın keçmiş turizm naziri Enrike Eduardu Alves Natal şəhərində futbol stadionunun tikintisi zamanı oğurluq faktı ilə bağlı həbs olunub.

Trend-in məlumatına görə, keçmiş nazir korrupsiya və çirkli pulların yuyulmasında ittiham olunur.

Məlumatda qeyd olunur ki, 2014-cü ildə keçirilmiş futbol üzrə dünya çempionatı üçün nəzərdə tutulan “Arena-das-Dunas” stadionunun tikinti dəyərinə əlavə olaraq 23 milyon dollardan çox məbləğ artırılıb.

Bu məbləğin böyük hissəsinin tikinti şirkətlərinə yardım edən məmurlara ödənildiyi bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol