Menu

Fransada parlament seçkilərində Makronun partiyası liderlik edir

11.06.2017, 22:46
Fransada parlament seçkilərində Makronun partiyası liderlik edir

Fransada keçirilən birinci tur parlament seçkilərində ölkə başçısı Emmanuel Makronun “İrəli” partiyası liderlik edir.APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, ekzit-pollar Makronun partiyasının 30% səs topladığını göstərir.

“Respublikaçılar” 19-20, “Milli Cəbhə” isə 17% səs toplayıb.

Seçkilərin ikinci turuna çıxmaq üçün müxtəlif partiya və seçki bloklarının irəli sürdüyü 7 877 namizəd mübarizə aparır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol