AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Puerto-Riko sakinləri keçirilən referendumda Amerika Birləşmiş Ştatları (ABŞ) ilə birləşməyin lehinə səs verib.
«Azadlıq» Radiosu xəbər verir ki, birləşməyin lehinə səs verənlərin sayı 97,0 faiz təşkil edib. Ancaq seçicilərin məntəqələrə gəlmə faizi cəmi 23,0 faiz olub.
Bundan əvvəl müxalifət partiyaları referendumu boykot etməyə çağıraraq, onu sirk və maskarad adlandırmışdı.
Qubernator Rikardo Rosselli isə vətəndaşları Puerto-Rikonun ABŞ-ın 51-ci ştatı statusunu dəstəkləməyə çağırmışdı.


Şərhlər