Menu

"Bu sahələr Azərbaycanın işğalı altındadır" - Erməni həyasızlığı

14.06.2014, 11:38
"Bu sahələr Azərbaycanın işğalı altındadır" - Erməni həyasızlığı

"Qarabağ probleminin həll yolu "Dağlıq Qarabağ Respublikasının" sülhsevər müzakirələr nəticəsində beynəlxalq tanınmasıdır".  AzPolitika.info-nun məlumatına görə, bu sözləri ATƏT-in Minsk Qrupunun bəyanatını şərh edərkən, Ermənistanın parlament sədrinin yardımçısı və “Respublikaçılar” Partiyasının mətbuat katibi Eduard Şarmazanovdan deyib. Ermənistanın “NEWS.am” saytına açıqlamasında o, deyib:

«Dağlıq Qarabağ məsələsinin həlli, işğal edilən sahələrdən (?) Azərbaycan qüvvələrinin çıxmasıdır. Bəli, işğal edilmiş sahələr var və sahələr Azərbaycan işğalı altındadır; bunlar Getaşen (Çaykənd) və Martunaşen (Qarabulaq) bölgələridir. Qarabağ məsələsinin sülhsevər həllinin alternativinin olması mütləqdir”.

Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədrinin verdiyi bəyanatda yazılmışdı:  “Atəşkəs problemi həll etmədi. Həllin olmaması nəticəsində yüz minlərlə insan yerlərindən didərgin düşüb. Sərhəddə təzyiqin yüksəlməsi istiqamətində daimi təhdid mövcuddur. Bu da onu göstərir ki, status-kvo-nu nə qədər qoruyub saxlamaq mümkün olacağı məlum deyil”.

Ülkər Musazadə

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol