Menu

Suriyada daha bir azərbaycanlı öldürülüb - FOTO

14.06.2014, 15:12
Suriyada daha bir azərbaycanlı öldürülüb - FOTO

Suriyada daha bir azərbaycanlının öldürülüb. APA-nın xəbərinə görə, öldürülən azərbaycanlının meyitinin fotosu yayılsa da, onun kimliyi hələlik açıqlanmır.

Məlumatda həmçinin qeyd olunur ki, azərbaycanlı döyüşçü bu gün Raqqa şəhəri yaxınlığında Bəşər Əsəd qüvvələrinin endirdiyi hava zərbələri nəticəsində dünyasını dəyişib.

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə onlarla azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol