Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər, Müsavat Partiyasının başqanı, Arif Hacılı və partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Baş Prokurorluğa çağırılıb.
Müsavatdan BakuPost.az-a verilən məlumata görə, adıçəkilən hər 3 şəxsə Prokurorluqdan çağırış vərəqələri gəlib.
Məlumata görə, siyasətçilər həbsdəki jurnalist Əfqan Muxtarlının işi ilə bağlı şahid qismində istintaqa cəlb edib.
Çağırışa əsasən İsa Qəmbər iyunun 16-da saat 15:00-da, Arif Hacılı iyunun 17-də saat 14:00-da, Gülağa Aslanlı isə iyunun 20-də ifadə vermək üçün Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinə getməlidirlər.
Qeyd edək ki, bu gün məsələ ilə bağlı jurnalistlər Şahvələd Çobanoğlu və Sevinc Vaqifqızı da Baş Prokurorluqda olub.


Şərhlər