Menu

Helmut Kol vəfat edib

16.06.2017, 22:34
Helmut Kol vəfat edib

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Almaniya Federativ Respublikasının (AFR) eks-kansleri Helmut Kol 87 yaşında vəfat edib.

Bu barədə xəbəri «Bild» yayıb.

Kütləvi informasiya vasitələrinin (KİV) məlumatına görə, siyasətçi Almaniyanın Lyüdviqshafen-am-Rayn şəhərindəki evində keçinib.

Kol 1930-cu il aprel ayının 3-də anadan olub. 1969-1976-cı illərdə Reynland-Pfalts torpağının Baş naziri, 1982-1998-ci illərdə AFR-nın federal kansleri olub. İki Almaniyanın birləşməsi məhz onun idarəçiliyi dövründə baş tutub.

Kol həm də 1973-1998-ci illərdə Xristian-demokratik ittifaqının (XDİ) sədri olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol