Menu

Şəkidə dəhşətli hadisə...

15.06.2014, 15:06
Şəkidə dəhşətli hadisə...

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Şəki rayonu, Aşağı Küncüt kəndində (rayon mərkəzindən 25 km aralı) “Kamaz” markalı yük avtomobili idarəetməni itirərək yolun kənarına aşıb.

“Qafqazinfo” xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, bir nəfər avtomobilin içərisində sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildən vətəndaşı xilas edarək aidiyyəti üzrə təhfil veriblər. Əməliyyat saat 08:15-də başa çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol