Menu

80 yaşlı kişi özündən 27 yaş kiçik arvadını baltaladı

19.06.2017, 09:10
80 yaşlı kişi özündən 27 yaş kiçik arvadını baltaladı

Lənkəranda qətl hadisəsi baş verib.

"Report"un Cənub bürosu xəbər verir ki, hadisə Lənkəran şəhəri, Məhəmməd Əsədov küçəsi, 13 ünvanında qeydə alınıb.

İlkin məlumata görə, 1964-cü il təvəllüdlü İsmayılova Almagül Əlixan qızı ailə münaqişəsi zəminində həyat yoldaşı, Lerik rayon, Mastail kənd sakini, 1937-ci il təvəllüdlü Əzimov Xanoğlan Əlixan oğlu tərəfindən balta ilə qətlə yetirilib. Hadisəni törədən şəxs saxlanılıb.

Qadının meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Paraloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol