Bu gün Konfederasiyalar kuboku – 2017-də üçüncü tura start verilib.
Qol.az-ın məlumatına görə, son iki oyunla A qrupuna yekun vurulub.
Son matçlar olduğundan iki qarşılaşma da eyni saatda start götürüb.
Meydan sahibləri Rusiya millisi Meksika ilə üz-üzə gəlib. Bu matçda 1:2 hesabı ilə uduzan Stanislav Çerçesovun komandası qrupda qalıb.
Digər oyunda Portuqaliya Yeni Zelandiya ilə qarşılaşıb və 4:0 hesabı ilə qalib gəlib.
Beləliklə, Portuqaliya və Meksika yarımfinala yüksəlib.
24 iyun
3-cü tur
19:00. Meksika – Rusiya - 2:1
Qollar: Aleksandr Səmədov, 25 (0:1), Nestor Aroujo, 30 (1:1), Luzano, 52 (2:1)
19:00. Yeni Zelandiya – Portuqaliya - 0:4
Qollar: Ronaldo, 33-pen, Bernardo Silva, 38, Andre Silva, Nani, 90+1


Şərhlər