Menu

Misir ərazisinin bir hissəsini Səudiyyəyə «bağışladı»

26.06.2017, 01:04
Misir ərazisinin bir hissəsini Səudiyyəyə «bağışladı»

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Misir Prezidenti 2 adanın Səudiyyə Ərəbistanına verilməsi barədə saziş imzalayıb.

Ötən həftə sənəd ölkə parlamenti tərəfindən təsdiqlənib.

Bu arada, yanvar ayında Misirin Ali məhkəməsi Qırmızı dənizdə yerləşən və yaşayış olmayan həmin adaların Səudiyyə krallığına verilməsinin əleyhinə çıxış etmişdi.

Bundan əvvəl, Misir hökumətində bəyan etmişdilər ki, sözügedən adalar Misirin nəzarəti altına yalnız 1950-ci ildə keçib və onların Səudiyyəyə verilməsi barədə müqavilənin bağlanması dövlətə fayda verə bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol