Qarabağ Azadlıq Təşkilatının bir qrup üzvü iyunun 17-si Bakıda, NATO seminarının keçirildiyi “Four Season” otelinin qarşısında toplaşıb. Aksiya iştirakçıları erməni nümayəndələrinin dərhal Bakını tərk etməsini tələb ediblər, “Erməniləri dəvət edənlərə ar olsun!”, “Erməni faşistləri rədd olsunlar!”, “Ya Qarabağ, ya ölüm!” və digər şüarlar səsləndiriblər. Aksiya yarım saatdan artıq davam edib. Polislər aksiya iştirakçılarını dağıdıblar. Aksiya iştirakçılarından bir neçə nəfər otelə daxil olmağa, konfrans zalına girməyə cəhd göstərib, lakin polis bu cəhdlərin qarşısını alıb.
İyunun 16-dam “Four Seasons” otelində NATO Parlament Assambleyasının 86-cı “Rose-Roth” seminarı keçirilir. Ermənistan parlamentindən deputatlar Tevan Poqosyan, Koryun Naapetyan və politoloq Riçard Kirakosyan da seminar iştirakçıları arasındadır.


Şərhlər